Sürətli, çevik və istifadəsi asan olan LMS

Lighthouse, əməkdaşları öyrətmək, onların inkişafını izləmək və analiz etmək üçün hazırlanmış bir LMS-dir.
  • Korporativ Akademiya
  • Elektron kursların yaradılması 
  • Rəqəmsal qiymətləndirilmə və sertifikasiya mərkəzi
  • Rəqəmsal sorğu aləti və forma konstruktoru
  • Avtomatikləşdirilə bilən hesabatlar
  • 100% SCORM-a uyğun

Öyrənmə ehtiyaclarınız üçün
yolunuza işıq saçan tək mayak!

Gündən günə rəqəmsallaşan dünyada
öyrənənlər üçün doğru öyrənmə imkanları təqdim edin!

Öyrənənləri cəlb edin!

Brendinizə və ehtiyaclarınıza  tam fərdiləşdirilmiş rəqəmsal akademiyanız daxilində intuitiv elektron kurs konstruktorundan istifadə edərək limitsiz sayda təlim proqramları yaradaraq öyrənənlər üçün doğru öyrənmə mühiti yaradın.

Öyrənmə proqramını ideallaşdırın!

Lighthouse LMS ilə ənənəvi, asinxron, tam online və ya hibrid öyrənmə təşəbbüslərinizi effektivlik ilə, xərclərinizə qənaət edərək, və öyrənənlər üçün real öyrənmə təcrübəsi yaratmaqla strateji hədəflərinizə çatın.

Anında mövcud olan datalara
əsaslanaraq qərarlar qəbul edin!

Biznes ehtiyacınıza əsasən fərqli istifadəçilərə müxtəlif rol və hüquqlar təyin edin.  Beləliklə rəhbər, İR, satış və digər həmkarlarınız ilə birgə zəngin və avtomatlaşdırıla biləcək analitikadan istifadə edərək əsas effektivlik göstəricilərini və digər məlumatları daima təhlil etmək imkanı əldə edin.

Öyrənən mərkəzli, günün tələblərinə tam cavab verən
öyrənmə akademiyanızı Lighthouse LMS ilə yaradın
!

Lighthouse LMS ilə onlayn akademiyanızı yaradın!

Öyrənənlərə 24/7, instənilən yerdən, istənilən cihaz ilə yaşayacağı öyrənmə təcrübəsini yaradın.

Öz mobil tətbiqinizi yaradın və inkişaf edin!

Lighthouse LMS ilə vəzifə, sahə, maraq, təyin olunmuş karyera inkişaf yolu və digər elementlərə əsasən istifadəçilərinizi qruplaşdıraraq onlara uyğun məzmun və öyrənmə həlləri təklif edin. 

Elektron ticarətə hazır LMS sistemi!

LMS-inz funksionallığından istifadə edərək təkbaşına (self-paced) və ya qrup şəklində (cohort based) eyni anda öyrənmə imkanını ehtiyacınıza əsasən təyin edib, bir klik ilə tətbiq edin.

Öyrənənləri öyrənmə prosesinin mərkəzinə qoyun!

Komanda üzvlərinizlə uğurlu əlaqələr yaradın!

Komandanız, partyor və ya müştərilərinizə xüsusi rollara təyin edin. Kimin nəyə daxil ola biləcəyinə qərar verməklə konfidensial məzmunu və məlumatlarınızı qoruyun və ya hədəflənmiş öyrənmə və inkişaf planları yaradın.

Fərqli istifadəçi seqmentlərinə nizamlayın!

Öyrənənləri seqmentləşdirin və hər bir öyrənənin nəyə baxa və ya redaktə edə biləcəyini müəyyənləşdirin, giriş etdikdən sonra başlıqlar əsasında çoxsaylı səhifələr yaradın və istifadəçilərin daxil ola biləcəyi səhifələri idarə etməklə hər bir öyrənən üçün müvafiq məzmunu əl çatan edin.

Akademiyanızın təhlükəsizliyini qoruyun!

Qeydiyyatın təsdiqi ilə kurslarınıza kimin qeydiyyatdan keçdiyinə nəzarət edin, fərdiləşdirilmiş bildirişlər və Lighthouse LMS-in digər komunikasiya həllərindən yararlanın.

Lighthouse LMS ilə biznesinizin əsas əməliyyatlarına fokuslanın!

Akademiyanızı təhlükəsiz və uyumlu halda saxlayın.

SSO, 8-ə yaxın gündəlik nüsxələnmə və serverin 99.95 % problemsiz işləməsi - LMS sistemi ilə akademiyanızın eyni anda birdən çox üsulla, problemsiz şəkildə çalışmasını təmin edirik. Biznesinizin vizyonuna fokuslanmaq üçün tam azadsınız.

Sizə özəl müştəri meneceri.

Müştəri meneceri və dəstək komandası suallarınızı cavablamağa və hədəflərinizə çatmanız üçün sizin etibarlı tərəfdaşınıza çevriləcəklər.

Uğurlu olmaq üçün ehtiyacınız olan vasitələrlə
əlaqəyə keçin.

Fərqli alətlərlə vaxt itirməyin. Qlobal standartlara cavab verən, peşəkar komanda tərəfindən hazırlanıb inkişaf olunan yerli rəqəmsal məhsul - Lighthouse LMS vasitəsilə öyrənmə və inkişaf proseslərini asanlaşdırın!

Lighthouse LMS haqqında ən çox verilən suallar

İndiyə kimi sizə maraqlı olan, amma soruşmağa çəkindiyiniz hər şey burada!

Lighthouse LMS nədir?

Lighthouse LMS, bizneslərə öyrənmə məzmununu müştərilərinə, həmkarlarına və işçilərinə çatdırmağa və idarə etməyə kömək edən proqram təminatıdır.LMS sistemi əsasən istifadəçilərin və məzmunun idarəsi, eyni zamanda hesabat kimi xüsusiyyətləri özündə cəmləyir və həm İnsan Resursları, həm də Müştərilərlə Münasibətlərin İdarə Olunması (CRM) sistemləri ilə əlaqələnə bilir.

 LMS sistemini həm lokalda, həm də buludda yerləşdirmək olar. Lokal LMS ilə müqayisədə bulud əsaslı LMS-i istifadə etmək daha asandır. LMS adətən yüzlərlə və ya minlərlə işçisi olan böyük təşkilatlar tərəfindən istifadə olunur. Lakin bununla belə, kiçik və orta bizneslər də LMS-dən istifadə edə bilərlər. 

Biznesiniz nə üçün Lighthouse LMS-ə investisiya ayırmalıdır?

 Biznesinizdə Lighthouse LMS-i seçmək üçün səbəblər çoxdur. Lakin ən böyük səbəb odur ki, LMS sizə vaxt və pula qənaət etməkdə yardımçı olacaq. Bütün öyrənmə məzmunlarını bir yerdə cəmlədiyiniz üçün fərqli sistemlərin alınmasından imtina edə, əlavə təlimçi və məsləhətçilərə olan ehtiyacı azalda bilərsiniz. 
 Bundan əlavə LMS əməkdaşlarınızın produktivliyinin, bilik və bacarıqlarının inkişafına dəstək olacaq. Siz əməkdaşlarınıza materiallara və resurslara rahat çıxış təmin etməklə onların öz işlərini daha səmərəli şəkildə yerinə yetirmələri üçün lazımi bilik və bacarıqlara yiyələnmələrinə nail ola bilərsiniz. Lighthouse LMS əməkdaşlar üçün öyrənmə kursları tapmağı və qeydiyyatdan keçməyi asanlaşdırmaqla işçilərin işə daha çox cəlb olunmasına kömək edə bilər. Siz həmçinin öz müştərilərinizi də məhsul və xidmətlərinizdən istifadə etmək üçün müvafiq formada öyrədə bilərsiniz. Əgər müştərilərinizlə sınaq mərhələsindəsinizsə bu zaman onların məhsul və xidmətlərinizi daha yaxşı mənimsəmələrinə kömək edə bilərsiniz. 

LMS sistemində şirkət üçün hansı xüsusiyyətləri axtarmaq lazımdır?

Biznesinizi inkişafda növbəti mərhələyə keçirməyə hazırsınızsa LMS sisteminə büdcə ayırmağın tam vaxtıdır. Bəs bazarda olan bu qədər seçim arasından ehtiyaclarınıza ən uyğun variant hansıdır? Nəzər yetirməli olduğunuz nüanslar bunlardır:
Özəlləşdirmə: ideal LMS sistemi biznesinizin unikal ehtiyaclarına uyğunlaşa bilən özəlləşdirmə və dəyişilmə həlləri təklif etməlidir.
İstifadə asanlığı: LMS idarəçilər və öyrənənlər üçün asan olmalıdır. Məzmunları idarə etməyi, inkişafı izləməyi və nəticələri qiymətləndirməyi asanlaşdıran intuitiv interfeysə üstünlük verin.
Ölçülə bilən: Biznesiniz böyüdükcə LMS sisteminiz də ona uyğunlaşmalıdır. Performansda fərq yaratmayan və çoxlu sayda istifadəçi və kursları idarə edə biləcəyiniz LMS sistemini seçin. 
Güclü hesabat: Siz öyrənənlərin performansından iştiraklarına qədər hər şeyi toplamalı və korporativ öyrənmənin tam görünməsini təmin edən qrafiklər və diaqramlar vasitəsilə bu məlumatları vizuallaşdıra bilməlisiniz.
Məlumatların təhlükəsizliyi: məlumatlarınızın fövqəladə vəziyyətlərdə yenidən əldə edilməsini təmin etmək üçün LMS sisteminin etibarlı autentifikasiya və avtorizasiya xüsusiyyətlərinə, tam nüsxələyə və geri qaytara bilmə funksiyalarına malik olduğundan əmin olun. 
7/24 dəstək: LMS sisteminə investisiya edərkən bilməsiniz ki, hər hansısa problemlə üzləşsəniz sizinlə çalışan ekspertlərin dəstəyinə arxayın olmalısınız. Vaxtında və faydalı dəstək göstərmək təcrübəsi sübut olunmuş ekspert komanda axtarın.
LMS-in düzgün seçilməsi biznesinizin inkişafa davam etməsini təmin etmək üçün vacibdir. Bütün bu xüsusiyyətləri nəzərə alaraq ehtiyaclarınıza tam şəkildə cavab verən LMS ilə qarşılaşacağınıza əmin ola bilərsiniz!  

Lighthouse LMS ilə hansı inteqrasiyaları həyata keçirə bilərsiniz?

Lighthouse LMS satış, marketinq və müştəri xidmətləri komandalarınıza kömək etməli, öyrənmə məzmununun yaradılmasını asanlaşdırmalı, biznesin avtomatlaşdırılmasını təmin etməli və öyrənənlərə öyrənmə prosesində köməklik etməli olan biznes alətləri ilə inteqrasiya olunmalıdır. 
Aşağıdakılar biznesiniz üçün LMS seçərkən nəzərə almalı olduğunuz bəzi inteqrasiya növləridir (bunların hamısı Lighthouse ilə mümkündür!):
Müştəri xidməti: Müştərilərinizə tələbə uyğun olaraq dəstək olun, öyrənənlərlə akademiyanızın veb-saytı vasitəsilə əlaqəyə keçin, hətta veb səhifə ziyarətçilərinizi izləyin və onlarla söhbət edin, daha çox satış etmək və ya onlara dəstək olmaq üçün canlı ünsiyyət qurun. 
E-mail marketinqi: Hədəf kütlənizlə əlaqələr yaradın, e-mail marketinqinin avtomatlaşdırılmasından istifadə edin, məlumatlar toplayın, e-mail siyahıları yaradın və öyrənənlərə göndərmək üçün e-mail-lər dizayn edin.  
Satış ortaqlığı (Affiliate) marketinqi: Müştərilərinizi tövsiyə etdikləri şəxslərə görə mükafatlandırın, öz satış ortaqlığı şəbəkənizi formalaşdırın, gəlirli ortaq həmkarlarla əlaqələr yaradın və onların komissiyalarını avtomatlaşdırın.
E-ticarət inteqrasiyası: öyrənmə proqramınızı satmağı planlaşdırırsınızsa satış və abunəliklər üçün tələbə ödənişlərini qəbul edin, satışdan olan verginizi avtomatik hesablayın, avtomatik vergi qəbzləri göndərin, satış vergisi bəyannaməsinə hazır hesabatlar yaradın və ya onlayn öyrənmə proqramınızı satmaq üçün onlayn akademiyanızı Shopify mağazanız ilə birləşdirin.
Analitika: ən yaxşı trafik mənbələrini müəyyən etmək üçün sayt performansına nəzarət edin və ziyarətçilər haqqında məlumatlar toplayın, geri dönüşümləri izləyin və tendensiyaları aşkar edin, veb-sayt teqlərini əlavə edin və ya yeniləyin, Facebook reklamlarından olan geridönüşləri izləmək üçün məlumatlar toplayın, öyrənənlərin onlayn akademiyanızla qarşılıqlı necə əlaqədə olduqlarını təhlil edin, fərdi hesabatlar hazırlayın və öyrənənlərin əlaqələrini dəyərləndirin.
Autentifikasiya və tərtibatçı alətləri: tətbiqləriniz üçün problemsiz autentifikasiya və avtorizasiya xidmətlərindən və əlavə avtomatlaşdırma üçün rahat proqramlaşdırma interfeysindən (API) istifadə edin.
İnkişaf alətləri: veb saytınızdan kimin istifadə etdiyinə və saytla əlaqədə olduğuna 360 dərəcədə baxmaq və veb-saytınızın trafikini yaxşılaşdırmaq üçün Google Axtarış sistemlərində veb-saytınızı təsdiqləyin, e-mail ilə qoşulma formalarından istifadə edərək öyrənənlər siyahısını artırın, bloq yazarlığı, e-mail marketinqi və sosial media marketinqi kimi bütün onlayn marketinq fəaliyyətlərinizi həyata keçirin. 
Canlı sessiyalar: görüşlər, vebinarlar, canlı sessiyalar və 1:1 özəl ekspert görüşləri keçirin və kənar görüşləri planlayın, hazırlayın və izləyin.
Sosial nüsxə: akademiyanızda müştərilərlə baş verən qarşılıqlı əlaqələri (məsələn, istifadəçi qeydiyyatı və proqram satınalmaları) göstərməklə akademiyanızın vebsayt geridönüşlərini artırın.
Video: Vimeo və ya Wistia-da olan istənilən videonu akademiyanın veb-saytına və ya onlayn öyrənmə proqramlarına təhlükəsiz şəkildə yerləşdirin. 
Zapier: təkrarlanan tapşırıqları kodlaşdırma etmədən iki və daha artıq proqram arasında asanlıqla avtomatlaşdırın. Zapier ilə siz Lighthouse akademiyasında əlaqə yaratmaq və işinizi asanlaşdırmaq üçün 4000-dən çox inteqrasiya əldə edəcəksiniz.