Canlı görüşlərlə insan əlaqələrinin gücündən faydalanın

Öyrənənlərlə effektiv şəkildə danışın, 1:1 və qrup sessiyaları təşkil edin. Paylaşılan öyrənmə təcrübələrini və mövcud zamandakı danışıqları möhkəmləndirmək üçün Zoom,
Webex və Calendly proqramlarının gücündən istifadə edin. 

Canlı görüşlər, mükəmməl öyrənmə təcrübələri

Öyrənməni dəyərli və canlı təcrübəyə çevirin!

İnsanlarda maraq doğuran, dərhal
rəy bildirməyə imkan verən və öyrənənləri yeni bacarıqlara yiyələnməyə ilhamlandıran öyrənmə təcrübələrində bir
araya gəlin!

Öyrənməni fərdiləşdirin!

1:1 və qrup sessiyaları ilə yaddaqalan şəxsi təcrübələr yaradın. Öyrənənlərinizlə danışın, peşəkarlığınızı nümayiş etdirin, güvən yaradın və müştərilərin saxlanmasına nail olun.

Əməkdaşların öyrənməsi ilə bacarıqları
inkişaf etdirmə.

Öyrənənlərin əl qaldıraraq həmkarlarından və ekspertlərdən öyrənmələri, müzakirələrdə iştirak etmələri və sual-cavab vaxtı suallar vermələri üçün canlı sessiyalardan istifadə edin. 

Öyrədənlərin
kimliyi vacibdir.

Bacardığınızın ən yaxşısını edərək xarakterinizi ortaya qoyun. Virtual öyrənməni həyata keçirin, əsas mərhələyə keçin, əlaqəli təcrübəyə
 səs tonunuzu əlavə edin.

Öz-özünə davam edən anonim öyrənmənin qarşısını alın.

Məzmununuzda monotonluğunu pozun və onlayn öyrənməni təcrübələrlə canlandırın.
Təkbətək görüşlər və canlı tədbirlərlə eksklüziv və kütləvi əlaqədən yararlanın.

Canlı keçin, mobil olun.

IOS və Android mobil tətbiqinizlə olduğu yerdən asılı olmayaraq öyrənənlərinizlə əlaqələr yaradın. 

Öyrənmə proqramınıza canlı tədbirlər,
təkbətək və qrup sessiyaları əlavə edin!

Canlı sessiyalarla zəngin öyrənmə proqramları qurun!

7 günlük seminarlar, VIP və ya eksklüziv təlimlər, qrup və ya 1:1 sessiyalar keçirin; mentorluq, müştəri öyrənməsi, fiziki hazırlıq və ya işçilərin öyrənməsi üçün ⎯ hər şey mümkündür!

Bir dəfə çəkin və sonsuza qədər saxlayın!

Canlı əlaqənin gizli məqamlarını çəkilən məzmunun hər zaman yeni qalması rahatlığı ilə birləşdirin. Əhatə dairənizi genişləndirin və vebinarlarınızı siz olmasanız belə əlçatan edin.

Hazırda əlinizdə olan alətlər toplusu ilə davam edin!

ZOOM, Webex və Calendly ilə inteqrasiya edərək öyrənənləriniz arasındakı əlaqələri gücləndirmək üçün limitsiz təkbətək və qrup video şəbəkə sessiyaları yaradın.

Həyatınızı asanlaşdırır və daha canlı edirik!

Görüşləri yaradın və qalan işləri Lighthouse-a həvalə edin!

Görüşlərinizi proqrama öyrənmə fəaliyyəti kimi əlavə etməniz kifayətdir; bu zaman yalnız qeydiyyatı olan öyrənənlər qatıla və ya qeydiyyatdan keçə bilərlər. Təkrarlanan sessiyalar yaradaraq və bir kliklə səsyazmaların yenidən avtomatik oxudulmasını formalaşdıraraq idarəçinin zamanına qənaət edin.

Çoxlu ekspertlər və çoxsaylı canlı sessiyalar!

Ekspertlərə müxtəlif Zoom, Webex və Calendly hesablar vasitəsilə canlı sessiyaları planlaşdırmaq səlahiyyəti verməklə eyni vaxtda birdən çox canlı sessiya keçirin.

İştirakı izləyin və görüş hesabatlarını çıxarın!

Lighthouse avtomatik olaraq Zoom-dan davamiyyəti çıxarır və faydalı performans hesabatları təqdim edir. Bununla belə, siz davamiyyəti əl ilə də idarə edə bilərsiniz.

Proqramlarınızdakı canlı əlaqə alətlərini kəşf edin!

Proqramlarda iştirak edən öyrənənlər bir iştirakçıdan daha artıqdır. Onlar həm dinləyir, həm də iştirak edirlər. Ekran paylaşmağın, sorğuların, seqment çatlarının, müzakirə görüşlərinin üstünlüklərindən yararlanın və bütün hədəf kütlənizi cəlb edin.

Akademiyanızı effektivliklə inkişaf etdirin!

Vaxta və pula
qənaət edin.

Öyrənmə sessiyalarını onlayn keçirməklə peşəkar videolar üçün ödəniş xərclərindən çəkinin.

VIP təcrübələr üçün
ödəniş alın.

Orijinal 1:1 sessiyalar təklif edin və hər bir iştirakçıya lazımi diqqət və ideal vaxtı təqdim edin.

Müştəri saxlama
qabiliyyətinizi artırın.

Birlikdə hər kəs daha çox şeyə nail olur. Uğurlu insan əlaqələri daha çox öyrənməyə təşviq edir və yadda saxlamağa kömək edir.

Bazarın aparıcı xüsusiyyətləri ilə dolu bir dünya

Lighthouse-un tam funksiyalı paketlərinin gücünü hiss edin. Canlı, çevik və interaktiv proqramlarla öyrənənlərinizi cəlb etməklə yanaşı məktəbinizi yaratmaq, bazara çıxarmaq və təhlil etmək üçün ən ideal yerdəsiniz.

Sərbəst öyrənmə

Proqramınızı mənalı ve həyəcanlı öyrənmə təcrübəsinə çevirin.

İnteraktiv video

İnteraktiv videolar yaradaraq öyrənənlərin marağını daim canlı saxlayın.

Canlı sessiyalar

Canlı görüşlərlə insan əlaqələrinin gücündən faydalanın.

Sorğu yaradıcısı

Ziyarətçilərdən önəmli əlaqə məlumatlarını əldə edin.

Analitika və hesabatlar

Öyrənmə biznesinizə olan təsiriniz haqqında detallı məlumatlar əldə edin.

Qiymətləndirmə yaradıcısı

Problemsiz və möhkəm onlayn imtahanlar və özünü dəyərləndirmələr.

SCORM

SCORM paketlərini problemsiz formada yükləyin.