Sizə uyğun öyrənmə proqramı ilə gələcəyə hazır olun! 

Lighthouse Academy olaraq öyrənənlərin bilik və bacarıqlarını gücləndirməklə bərabər individuallara və şirkətlərə dəyər qatmağa xidmət edirik. Bu dəyəri qatmaq üçün sizə 3 tədris səviyyəsi təklif edirik.

Lighthouse Academy fərqli yanaşması ilə həqiqi davranış dəyişikliyi, qalıcı öyrənmə və karyera yüksəlişi təqdim edir.

Bootcamp

İntensiv hibrid Bootcamp ilə sahəniz üzrə professionallığa növbəti addımınızı atın!

Lighthouse Academy-nin Bootcamp öyrənmə səviyyəsi sahəniz üzrə sizə uğurlu karyera qurmaq üçün tələb olunan nəzəri və praktik bacarıqları öyrədir. Yerli biznes praktikasına adaptasiya olunmuş, beynəlxalq kurikuluma əsaslanan bu öyrənmə prosesi 120+ saat davam edir və bu proqram sizə gələcək işlərinizdə fərq yarada biləcəyiniz öyrənmə təcrübəsi yaşadır. Biz bilirik ki, arzu etdiyiniz karyeranı qurmaq üçün bir ixtisasdan daha çoxu lazımdır. Buna görə də siz irəliləməkdə sizə kömək edəcək kurslar, videolar və alətlərlə dolu olan innovativ Lighthouse Hub-a giriş əldə edəcəksiniz. Burada öyrənmə dizaynı, təşkilatı konteksdə öyrənmə və inkişaf, e-learning inkişafı, datanın analiz olunması və ya liderlik kimi mövzuları praktik keyslər, simulyasiyalar vasitəsilə təkmilləşdirə biləcəksiniz.

Micro Master

Yerli və xarici ekspertlərin iştirakı ilə sahəniz
üzrə dəyərli təcrübələr yaşayın!

Öyrənmə və İnkişaf mütəxəssisi kimi fərqlənmək istəyirsinizsə, Lighthouse Academy-nin Micro Master öyrənmə proqramına müraciət edə bilərsiz. Bu proqram sayəsində siz dataya əsaslanan qərarların qəbulu, fərdi inkişaf planlaması, effektiv öyrənmə dizaynı, öyrənmə və inkişaf ehtiyaclarının analizi kimi bacarıqlara praktik olaraq yiyələnə biləcək, müxtəlif sahələrdə yaranan məhdudiyyətlərə, fürsətlərə cavab vermək üçün öyrənmə və inkişaf siyasətinin fəaliyyətlərini praktik olaraq tətbiq edə biləcəksiz.




Bu proqram sizə yerli və beynəlxalq təcrübələrin, qlobal əmək bazarında olan trendlərin araşdırılması və öyrənməsi də daxil olmaqla hərtərəfli kömək edəcək. Bir-birindən fərqli modullar Öİ üzrə mövzuları dərindən öyrənmənizi təmin edəcək. Micro Master Öyrənmə və İnkişafın xüsusi aspektində dərin və detallı anlayış təmin etməklə öyrənənlərə seçdikləri öyrənmə sahəsində, istər tədris dizaynı, istərsə də istedadların inkişafı və ya performansın qiymətləndirilməsi kimi mövzular üzrə ekspert olmağa imkan verir.

Executive

Sahəniz üzrə bilik və bacarıqlarınızı təkmilləşdirin, beynəlxalq yanaşma əldə edin!

Lighthouse Academy-nin Executive proqramı mütəxəssislər üçün nəzərdə tutulmuş öyrənmə səviyyəsidir. Executive proqramı öyrənənlərə liderlik bacarıqlarını gücləndirmək, strateji baxışlarını genişləndirmək və iş dünyasında professionallıq qazanmaq üçün lazım olan bilik və bacarıqların mübadiləsinə şərait yaradır. Digər proqramlardan fərqli olaraq burada siz müxtəlif təşkilat, biznes sahələrində yerli və qlobal ekspertlərin təcrübəsi ilə tanış olacaqsız. 

Öyrənənlər bu proqramı öz rollarının çoxşaxəli problemləri ilə mübarizə aparmaq üçün hazırlıqlı, bilik və bacarıqlarını möhkəmləndirilmiş şəkildə bitirəcəklər. Bu təcrübə öyrənənlərə təkcə komandalarını həvəsləndirmək və istiqamətləndirmək üçün deyil, həm də əsaslı dəyişiklik təşəbbüslərini sürətləndirmək və təşkilatlarında ən yüksək səviyyəli innovasiya mədəniyyətini inkişaf etdirmək bacarığı əldə etməyə kömək edir. Onlar tendensiyaları ayırmaq, problemləri öncədən görmək və fürsətlərdən yararlanmaq bacarıqları ilə öz təşkilatları haqqında olan biliklərini inkişaf etdirəcəklər.