Problemsiz onlayn imtahanlar

Bazardakı ən qabaqcıl qiymətləndirmə yaradıcısından istifadə edərək fərdiləşdirilmiş imtahanlar və özünüqiymətləndirmələr yaradın. Qiymətləndirmədən fərdiləşdirməyə keçid edin.

Sadə, amma bir o qədər də güclü

Zəngin və çevik imtahanlar

İmtahanlarınızı tam da təsəvvür etdiyiniz kimi formalaşdırın. Müxtəlif növ suallar əlavə edin, onları bölmələrə ayırın və eyni səhifədə və ya bir-bir təqdim edin; öyrənənlər üçün axtarışı və əlfəcinləri aktivləşdirin.

Geridönüş fərq yaradır

Həm imtahanlara, həm də özünüqiymətləndirmələrə geridönüş edə bilmək üçün asan, sürətli və qüsursuz yol. Qapalı suallara avtomatik geridönüş edin və hər hansısa açıq suala şərh verin. Qiymətləndirmə geridönüşündən yaxşı istifadə edin.

Qabaqcıl qiymətləndirmə bölməsi ilə öyrənənləri asanlıqla dəyərləndirin

Qiymətləndirməni parkda gəzintiyə çevirin və texnologiyanı idarə etməyə daha az vaxt sərf edin. Hər proqramda olan qiymətlərə baxın və onları bir kliklə yeniləyin.

Güclü dəyərləndirmə yaratmaq üçün ehtiyacınız olan hər şey

16 müxtəlif sual növü

Çox variantlı, qısa cavablı, uyğunlaşdırmalı, hətta video və ya səsli suallar kimi bir çox sual növlərinə üstünlük verin. İstifadəçilərin diqqətini müxtəlifliklə çəkin.

Suallar toplusu

Müxtəlif qiymətləndirmələrdə təkrar-təkrar istifadə edə biləcəyiniz suallar toplusu yaradın.

Fərdiləşdiriləbilən xülasə ekranı

Anketləri göndərdikdən sonra öyrənənlərə nəticələrin və geridönüşlərin necə təqdim olunacağını fərdiləşdirin.

SCORM dəyərləndirmələri

Proqramınıza SCORM paketlərindən balları və müsbət/mənfi nəticələri inteqrasiya edin. Nəticələr bölməsi ilə öyrənənlərinizin ballarına daxil olun və idarə edin.

Brendləşmiş sertifikatlar

Fərdi rəqəmsal sertifikatlar dizayn edin və mükafatlandırın. Öyrənənlərə öyrənmə macəralarının sonunda öz bacarıqlarını nümayiş etdirmək və bölüşmək imkanı verin.

Çevik etiketləmə

Cavablarına əsasən istifadəçilərə etiketlər əlavə edin. Öyrənənlərinizi etiketləmək onlara öyrənmə yollarını tənzimləməyə kömək edir.

Sualları təsadüfi edin

Təsadüfi formada hər bir istifadəçi üçün unikal suallar toplusu hazır edin. Öyrənənlərin geri qayıtmasına və ya sualları keçməsinə
mane olun.

Çoxlu sınaq cəhdləri formalaşdırın

Öyrənənlərə neçə dəfə imtahan verməyə icazə verildiyinə qərar verin.

Yüklənə bilən rəylər təqdim edin

Öyrənənlərlə hansı məlumatı paylaşacağınıza qərar verin və onlara sual və cavablardan ibarət, yüklənə bilən PDF təqdim edin.

Server tərəfindən vaxta nəzarət

Test edən zaman server tərəfindən vaxta nəzarət edilir. Öyrənənlərin qiymətləndirmə zamanı aldatma şansı olmur.

Daha az məyusluq üçün avtomatik bərpa

Öyrənənlərə cavabları itirmədən müəyyən müddət ərzində uzaqlaşmağa və qiymətləndirməyə geri qayıtmağa icazə verin.

Bütün cavabların datalarına daxil olun

İstifadəçinin yekun nəticəsini (məqbul/qeyri-məqbul), cavablarını və aldıqları qiyməti müəyyənləşdirin. Bütün məlumatlar çıxarıla və daha çox təhlil edilə bilər.

Bazarın aparıcı xüsusiyyətləri ilə
dolu bir dünya

Lighthouse-un tam funksiyalı paketlərinin gücünü hiss edin. Canlı, çevik və interaktiv proqramlarla öyrənənlərinizi cəlb etməklə yanaşı məktəbinizi yaratmaq, bazara çıxarmaq və təhlil etmək üçün ən ideal yerdəsiniz.

Sərbəst öyrənmə

Proqramınızı mənalı ve həyəcanlı öyrənmə təcrübəsinə çevirin.

İnteraktiv video

İnteraktiv videolar yaradaraq öyrənənlərin marağını daim canlı saxlayın.

Canlı sessiyalar

 Canlı görüşlərlə insan əlaqələrinin gücündən faydalanın.

Sorğu yaradıcısı

Ziyarətçilərdən önəmli əlaqə məlumatlarını əldə edin.

Analitika və hesabatlar

Öyrənmə biznesinizə olan təsiriniz haqqında detallı məlumatlar əldə edin.

Qiymətləndirmə yaradıcısı

Problemsiz və möhkəm onlayn imtahanlar və özünü dəyərləndirmələr.

SCORM

SCORM paketlərini problemsiz formada yükləyin.